Rövşən Hüseynov (22 fevral 1967, Quzanlı, Ağdam rayonu – 11 may 1992, Şıxarx, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rövşən Hüseynov | |
---|---|
Rövşən Şəmil oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər
Rövşən Hüseynov tələbələrlə birlikdə "N" saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.