Mehdi Abbasov (hərbçi)

Mehdi Abbasov (1 yanvar 1960, Yeniyol, Amasiya rayonu13 yanvar 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. SSRİ idman ustası.

Mehdi Abbasov
Mehdi Yusif oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1960(1960-01-01)
Doğum yeri
Vəfat tarixi 13 yanvar 1992(1992-01-13) (32 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bakı, Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Baş leytenant
Vəzifəsi Bölük komandiri
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-ci ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı. O, 1989-cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989–1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.[1]

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.

2018-ci ildə İsmayıllıda Mehdi Abbasovun həyat və döyüş yoluna həsr olunan "Xüsusi təyinat" filminin təqdimatı keçirilib.[2]

  1. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  2. ARB Şəki. "Milli qəhrəmana həsr olunan "Xüsusi təyinat" filmi təqdim edildi" (az.). Youtube.com. 07.06.2018. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  • Ağbaba A. Abbasov Mehdi Yusif oğlu //Ağbaba A. Ağbaba şəhidləri.- B., 1998.- S.9–15.
  • Arifqızı G. İnci çiçəyinə bürünən məzar və ya "Mixaylo" diridir və Bakıdadır //Azadlıq.- 1993.- 14 yanvar.- S.3.
  • Bəhrəmli S. Ağlama ana, ağlama //Azərbaycan gəncləri.-1992.- 4 fevral.- S.4.
  • Cəmilzadə H. Mehdi Yusif oğlu Abbasov //Cəmilzadə H. Azərbaycanın ilk Milli Qəhrəmanları.- B., 1993.- S.139.
  • Cəmilzadə H. Mənim sevgim Qarabağdır //Cəmilzadə H. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1993.- S.140–150.
  • Əhmədova G. Nahaq qan yerdə qalmaz //Azərbaycan.-1994.- 13 yanvar.- S.3.
  • Ənsər B. Ölməzlik //B. Ənsər. Ağrıdağlı qəhrəmanlar.- B.,2004.- S.7–11.
  • Əsgərov V. Abbasov Mehdi Yusif oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.8–9.
  • Vüqar Əsgərov, "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr), Bakı, "Dərələyəz-M", 2010. səh.12–13.
  • Məhərrəmli Z. Narahat ruhun bizimlədir, Mehdi //Bakı.-1993.- 9 yanvar.- S.4.
  • Nazim N., Zakir F. Abbasov Mehdi Yusif oğlu: (1960–1992) //Nazim N., Zakir F. Əbədi yaşayanlar.- B., 1996.-S.21–23.
  • Nazim N. Abbasov Mehdi Yusif oğlu (1960–1992)//Nazim N. İstiqlal ulduzları.- B., 1995.- S.14–15.
  • Vəliyev E. İkinci "Mixaylo" //Aydınlıq.- 1993.- 22 yanvar.-S.2.
  • Zeynalov R. Abbasov Mehdi Yusif oğlu: (1960–1992)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.68–70.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]