Kazım Məmmədov (hərbçi)

Kazım MəmmədovAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Kazım Məmmədov
Kazım Ərşad oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəhid
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Qoşun növü Azərbaycan Respublikasının Daxili Qoşunları
Rütbəsi Kiçik çavuş
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Böyük Mərcanlı kəndində dəfn edilib.

Oxuduğu 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Kazım Məmmədovun adına üç mükafat təsis edilib.

  1. "MƏMMƏDOV KAZIM ƏRŞAD oğlu". veten-ugrunda.az. 15 September 2015. 27 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2018.