Natiq Məmmədov (11 may 1975, Dağlı, Zaqatala rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.
Natiq Məmmədov | |
---|---|
Natiq Bəşir oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Əli Bayramlı, Zaqatala rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | saxur |
Hərbi fəaliyyəti | |
Təltifləri |
11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət "Dağıstan" kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi.[1]
Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir.
1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı Natiq Məmmədov şücaət göstərərək şəhid olmuşdur.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.