Ələkbər Əliyev (22 dekabr 1955, Qubadlı – 7 avqust 1992, Suarası, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ələkbər Əliyev | |
---|---|
Ələkbər Həsən oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İşıqlı , Qubadlı rayonu , Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Suarası , Laçın rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Rütbəsi | hərbi qulluqçu |
Təltifləri | |
alakbaraliyev.com |
Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.
Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub.
Evli idi, 4 övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.
Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.