Cəfərov Faiq Əliqulu oğlu (1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu – 19 avqust 1999, Azərbaycan) — gizir, Azərbaycanın Milli Qəhrəmanı (27 dekabr 1995), Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda xüsusi fəallıq göstərmiş şəxs.[1]
Faiq Cəfərov | |
---|---|
Faiq Əliqulu oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1999 (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri |
Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.[2]
Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.
Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.
Ailəli idi, iki övladı var.
Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Cəlilabad rayonunda dəfn edilmişdir.