Kərim Məhəmməd oğlu Kərimov (2 iyul 1971, Qarahəsənli, İliç rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Kərim Kərimov | |
---|---|
Kərim Məhəmməd oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1992 (20 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Komandanlıq edib |
|
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Kərim Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş, Komandir məktəbinə daxil olmuşdur. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edir, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar.
İlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. 1992-ci il 6 may tarixində düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır, Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Qarahəsənli kəndində qəhrəmanımızın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var.