Nazim Abbas oğlu Babayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Nazim Babayev | |
---|---|
Nazim Abbas oğlu Babayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraçala, Salyan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Qaraçala, Salyan rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Nazim Babayev 7 fevral 1975-ci ildə [[Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Salyan rayonu Aydıngün (indiki S. Qurbanov adına Yeni Uluxanlı) kənd tam orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.
Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşmuşdur. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak etmiçş və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Salyan rayonu Qaraçala Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qaraçala qəsəbəsi Şəhidlər xiyabanında dəfn edilmişdir. Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.