Fərhad Ağayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1975(1975-08-04)
Doğum yeri
Vəfat tarixi 15 mart 1995(1995-03-15) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sabirabad Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1995
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Həyatı

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır.

Döyüşlərdə iştirakı

Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.[1]

Ailəsi

Subay idi.

Xatirəsi

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.

Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir.

Bitirdiyi orta məktəb onun adını daşıyır.

İstinadlar

  1. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.

Ədəbiyyat

  • Döyüşçü Fərhad İslam oğlu Ağayev //Azərbaycan.-1993.- 23 iyun.- S.3.
  • Əsgərov V. Ağayev Fərhad İslam oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.15.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 26.
  • Şükürlü İ. Dağlar kimi uca //Şükürlü İ. Ölsəm ağlama.-B., 1996.- S.11-12.
  • Xalid Mahmud. "Əbədiyyət yolçuları". UniPrint 2020. "Fərhad Ağayev" S. 9-10