Şuşa rayonu
Bu məqalə Şuşa rayonu haqqındadır. Şuşa şəhəri üçün Şuşa səhifəsinə baxın. |
Rayon | |
Şuşa | |
---|---|
39°45′ şm. e. 46°45′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Şuşa |
Xüsusi nümayəndə | Aydın Kərimov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 310[1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 34 200[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SUS |
Telefon kodu | +994 26 |
Poçt indeksi | 5800 |
Avtomobil nömrəsi | 58 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.[3]
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Relyefi
[redaktə | mənbəni redaktə et]Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Geoloji quruluşu
[redaktə | mənbəni redaktə et]Hidrologiyası
[redaktə | mənbəni redaktə et]Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Landşaftları və bioloji müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır.[5]
Geoloji təbiət abidələri
[redaktə | mənbəni redaktə et]Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı
Arxeoloji abidələri
[redaktə | mənbəni redaktə et]Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
Tarixi-mədəni abidələri
[redaktə | mənbəni redaktə et]Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875).
İqlimi
[redaktə | mənbəni redaktə et]Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur.[4][6]
Torpaqları
[redaktə | mənbəni redaktə et]Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.
Qoruqları
[redaktə | mənbəni redaktə et]Daşaltı Dövlət Təbiət Yasaqlığı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Şuşanın ticarət mərkəzi
[redaktə | mənbəni redaktə et]Körpüləri
[redaktə | mənbəni redaktə et]Şahlıq körpüsü, Təzə məhəllə məhəlləsi
Əhalisi
[redaktə | mənbəni redaktə et]AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var.[7]
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]Etnik qrup |
1939-cu il[9][10] | 1959-cu il[11] | 1970-ci il[12] | 1979-cu il[13] | 1989-cu il | 1999-cu il[14] | 2009-cu il[8] | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
azərbaycanlı | 6 306 | 58.29% | 6 564 | 61.77% | 9 890 | 72.38% | 12 955 | 80.87% | 18 679 | 91.68% | 23 135 | 95.05% | 27 364 | 95.81% |
erməni | 4 177 | 38.61% | 3 794 | 35.70% | 3 577 | 26.18% | 2 881 | 17.98% | 1 430 | 7.02% | 1 140 | 4.68% | 1 140 | 3.99% |
türk | … | … | … | … | … | … | … | … | … | … | … | … | 41 | 0.14% |
ləzgi | 17 | 0.16% | … | … | … | … | … | … | … | … | 1 | 0.01% | 4 | 0.01% |
rus | 256 | 2.37% | 198 | 1.86% | 142 | 1.04% | 114 | 0.71% | … | … | 16 | 0.07% | 4 | 0.01% |
kürd | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 33 | 0.14% | 3 | 0.01% |
tatar | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 5 | 0.02% | 2 | 0.01% |
ukraynalı | 20 | 0.18% | … | … | 7 | 0.05% | 11 | 0.07% | … | … | 9 | 0.04% | … | … |
digər | 35 | 0.32% | 70 | 0.66% | 48 | 0.35% | 58 | 0.36% | 265 | 1.30% | 1 | 0.01% | 2 | 0.01% |
cəmi | 10 819 | 100% | 10 626 | 100% | 13 664 | 100% | 16 019 | 100% | 20 374 | 100% | 24 340 | 100% | 28 560 | 100% |
Şuşada doğulanlar
[redaktə | mənbəni redaktə et]Bax: Şuşada doğulanlar
Rayon komitə sədrləri və icra başçıları
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Dini-tarixi abidələri
[redaktə | mənbəni redaktə et]- Hacı Yusifli məscidi (XVIII)
- "Çöl Qala" məscidi (XVIII əsr)
- Xoca Mərcanlı məscidi (XVIII əsr)
- Quyuqluq məscidi (XVIII əsr)
- Seyidli məscidi (XVIII əsr)
- Məscid (XVIII əsr)
- Mərdinli məscidi (XIX əsr)
- Aşağı Gövhər Ağa məscidi (1874–1875)
- Culfalar məscidi (XIX əsr)
- Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
- Mamay məscidi (XIX əsr)
- Köçərli məscidi (XIX əsr)
- Malıbəyli məscidi
- Alban kilsəsi
- Qaybalı məscidi
- Şırlan məscidi
- Rus kilsəsi
Tarixi memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]- Qala divarı (uzunluğu 8 kilometr)
- Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
- Qədim üslubda salınmış 17 məhəllə
- 17 məscid
- 17 bulaq
- 17 hamam
- Turşsu Qalereyası
- Karvansara (4 ədəd)
- Gəncə qapısı
- Rasta bazar
- Torpaq meydan
- Üzeyir Hacıbəyovun heykəli
- Cıdır düzü
- Malıbəylidə Qızlar məktəbi
- Un dəyirmanı
- "Həzrət Əli" kahası
- "Qızıl qaya"
- Bəhmən Mirzə Qacarın hərəmxanası
- Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı
- Şeytan bazar
- Əfsanəvi Leyli qalası
- Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"
- "Həzrət Abbas Şəfa ocağı"
- Molla Pənah Vaqifin poeziya evi
- Molla Pənah Vaqifin məqbərəsi
- Molla Pənah Vaqifin müəllimlik etdiyi bina
- Molla Pənah Vaqifin evi
- Xan qızı Xurşudbanu Natəvanın sarayı
- Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama"
- Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası
- Qasım bəy Zakirin yaşadığı ev
- Qasım bəy Zakirin qəbirüstü abidəsi
- Azərbaycanda ilk "realnı uçiliş"in binası
- Yaşıl aptek
- Mədəniyyət evi
- Külli miqdarda gümüş və mis qablar
- İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində)
- Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
- Tarixin yaddaşı olan Daş kitabələr
- Azərbaycanda ilk realnı məktəbin binası
- Malıbəylidə "Qızlar məktəbi"
- Küllü miqdarda gümüş və mis qablar
- Ağaböyük xanımın bürcü
Karvansaralar
[redaktə | mənbəni redaktə et]- İkimərtəbəli karvansara (1888–1889-cu illər)
- Zarıslıda Korun karvansarası
- Hacı Məhərrəm karvansarası
- Hacı Əmiraslan bəyin karvansarası
- Uğurlu bəyin karvansarası
- Mir Səyyaf oğlunun karvansarası
- Murad bəyin karvansarası
- Hacı Hüseynin karvansarası
- Gövhər Ağanın karvansarası
- Hacı Abbas bəyin karvansarası
- Cavad ağanın karvansarası
- Xanlıq Muxtarın karvansarası
Qəsrlər
[redaktə | mənbəni redaktə et]- Ağabəyim Ağanın qəsri
- Sadıqcanın qəsri
Qalalar
[redaktə | mənbəni redaktə et]- "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər)
- Leyli qayası
- Bayat qalası (1748-ci il)
- Şahbulaq qalası
Büstlər
[redaktə | mənbəni redaktə et]- Bülbülün büstü
- Üzeyir Hacıbəyovun büstü
- Hüsü Hacıyevin büstü
- Molla Pənah Vaqifin büstü
- Xan qızı Xurşud Banu Natəvanın büstü
Kompleklər
[redaktə | mənbəni redaktə et]- İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
- Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
- "Dəlik-daş" pilləkən kompleksi
- Qarabağ xanlığının divan kompleksi
- Qacarların məqbərə kompleksi
- Bəhmən Mirzə Qacarın saray kompleksi
- Mir Möhsün Nəvvabın abidə kompleksi
- Mehmandarovun ev kompleksi
- Qarabağ xanlığının Divan kompleksi
- Dəlik-daş pilləkən kompleksi
- Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
Muzeylər
[redaktə | mənbəni redaktə et]- Üzeyir Hacıbəyovun ev-muzeyi
- Bülbülün ev-muzeyi
- Xalça muzeyi
- Tarix-diyarşünaslıq muzeyi
- Qarabağ dövlət tarixi muzeyi
- Rəsm qalereyası
İmarətlər
[redaktə | mənbəni redaktə et]- Məhəmməd Həsən Ağanın imarəti
- Səməd bəy Mehmandarovun Şuşadakı mülkü
- Hacı Şükürün imarəti
- Məmməd Həsən Ağanın imarəti
Mülklər
[redaktə | mənbəni redaktə et]- Qarabağ qazisinin mülkü
- Qədimovların mülkü
- Qarabaş Qazisinin mülkü
- Mir Möhsün Nəvvabın mülkü
- Nəcəfqulu ağanın mülkü
- İbrahim xanın mülkü
- Hacı Bəşirin mülkü
- Cabbar Qaryağdı oğlunun mülkü
- Mirzə Hüseynin mülkü
- Mirəlibəyin mülkü
- Seyid Məcidin mülkü
- Hacı Qulamın mülkü
- Nəcəfqulu Ağanın mülkü
- Kəlba Şirinin mülkü
- Öpənnik Qara Zeynalın mülkü
- Fərzalı bəyin mülkü
- Allahverənli Kəlba Şirinin mülkü
- Nəcəf bəy Vəzirovun mülkü
- Firudin bəy Köçərlinin mülkü
- Süleyman Sani Axundovun mülkü
- Məşədi Qəhrəmanın mülkü
- Quyruq məhəlləsində Sadıq bəyin mülkü
- Yusif Vəzir Çəmənzəmənlinin mülkü
- Mir Həsən Vəzirovun mülkü
- Qaraşovların mülkü
- Hüseyn Qayıbovun mülkü
- Məşədi Şirinin mülkü
- Gəraf Əsgərovun mülkü
- Ağamirovların mülkü
- Hüsü Hacıyevin mülkü
- Hacı Dadaşın mülkü
- Hacı Quluların mülkü
Malikanələr
[redaktə | mənbəni redaktə et]- Qulam Şahın malikanəsi
- Əsəd bəyin malikanəsi - Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi.
- Mamay bəyin malikanəsi - XVIII əsrə aid tarix-memarlıq abidəsi.
Evlər
[redaktə | mənbəni redaktə et]- Çuxur məhəllədə Kal Həsənin evi
- Təzə məhəllədə Xayatlılar Mehdinin evi
- Çuxur məhəllədə Kürd uşağının evi
- Quyruq məhəlləsində Məşədi Teymurun evi
- Ağa-Əbdürrəhim ağanın evi
- Uluq bəyin evi
- Zöhrabbəyovların evi
- Cəlal bəyin evi
- Kəlba Hüseynin evi
- İsmayıl bəyin evi
- Əbdülrəhim bəy Haqverdiyevin evi
Bağlar
[redaktə | mənbəni redaktə et]- Kəlba Şəhriyarın bağı
- Şəmilin bağı
- Hacıyevlərin armud bağı
- Mirfəseh bağı
Körpülər
[redaktə | mənbəni redaktə et]- Şahlıq körpüsü
- Təzə məhəllədə körpü
Qəbristanlıqlar
[redaktə | mənbəni redaktə et]Bulaqlar
[redaktə | mənbəni redaktə et]- Meydan bulağı
- İsa bulağı
- Saxsı bulaq
- Ovdan bulağı
- Şor bulaq
- Səkili bulağı
- Qotur bulağı
Hamamlar
[redaktə | mənbəni redaktə et]- Hacı Salehin hamamı
- Uğurlu bəyin hamamı
- Xeyransa xanımın hamamı
- Ağa Mirzə Əli Qazinin hamamı
- Şahbaz bəyin hamamı
- Hacı Əbdürrrəhimin hamamı
- Rüstəm bəyin hamamı[15]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. səh. 872. ISBN 978-9952-441-01-7.
- "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri" (PDF). https://files.preslib.az. İstifadə tarixi: 25 may 2022.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İnzibati-ərazi vahidləri" (PDF). files.preslib.az. 6 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2022.
- ↑ "Demoqrafiya". /www.stat.gov.az. 7 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
- ↑ "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası". www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022.
- ↑ Yuxarıda get: 1 2 "Şuşanın flora və faunası". portal.azertag.az. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
- ↑ Abutalıbov M. H., Hacıyev V. C. Azərbaycanın bitki örtüyü. Bakı; İşıq, 1976
- ↑ "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası". /www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Şuşa rayonu Arxivləşdirilib 2015-09-11 at the Wayback Machine (yenilənmə: 1 yanvar, 2014-cü il) — yoxlanılıb: 28.12.2014
- ↑ Yuxarıda get: 1 2 Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1939-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine — yoxlanılıb: 08.03.2015
- ↑ Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Шушинский Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1959-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1970-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1979-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
- ↑ "Şuşa hamamları". azertag.az. İstifadə tarixi: 27 may 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Virtual Qarabağ İKTM-də Şuşa rayonu
- Şuşa
- Şuşanın işğalından 15 il keçir [ölü keçid]
- Yaddan çıxmaz qarabağ [ölü keçid]
- Erməni vəhşilikləri
- Şəkillər Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- Şuşanın şəkilləri, 2000–2005 ilə qədər
- 2007ci il Şuşa şəkilləri: vetennamine.com Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine