1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır. – Ata olmayan, ata qədrini bilməz. ( Ata. sözü ).
2. məc. Bir nəzəriyyənin, məsələnin və s.
// məc. Himayəçi, tərbiyə verən, pərəstar, yetişdirib böyüdən. O, bizə ata olmuşdur.
3. Yaşlı və hörmətli kişiyə xitab, müraciət.
// “Atam” şəklində – xahiş, bəzən narazılıq ifadə edir.
4. Yalnız cəm şəklində: ATALAR – əcdad, ata-baba. Atalar belə deyiblər. Atalarımızın müqəddəs qəbrini namusla düşməndən qoruduq. Atalar nə əkiblər, oğullar onu biçiblər.
◊ Atalar sözü – ibrətamiz məzmunlu qısa kəlam, ifadə. Atalar sözündə xalqın dühası əks olunur. Atalar sözündə dərin hikmət var.
Atası yanmaq dan. – çox əziyyət çəkmək, əldən düşmək, üzülmək, ağır, əziyyətli bir şeyə məruz qalmaq.
Atasına od vurmaq – bax atasını yandırmaq.
Atasını dalına sarımaq – bax atasını yandırmaq.
Atasını yandırmaq dan. – 1) şiddətli cəzalandırmaq, divan tutmaq. [Mirzə Turab kəndlilərə:] Səfər bəyin nə haqqı var sizi bu qədər incidə.
2) məhv etmək, tamamilə bərbad hala salmaq.
Uşaqların atası dan. – evfemizm yolu ilə arvadın öz ərinin adını çəkməmək üçün işlətdiyi ifadə.