Nofəl Quliyev (hərbçi)

Vikipediya saytından
Moses (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:07, 23 fevral 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Nofəl Quliyev
Nofəl Zahid oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1963(1963-10-04)
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1991(1991-12-13) (28 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Uşağı 1
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Xidmət illəri 1990–1991
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Nofəl Quliyev (4 oktyabr 1963, Əli-Bayramlı13 dekabr 1991, Todan, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı,[1] Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir.

Ailəsi

Ailəli idi, bir oğlu var.

Hərbi xidməti

1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.

Birinci Qarabağ müharibəsində iştirakı

Nofəl Quliyev Füzuli, Goranboy, o cümlədən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etmiş və fərqlənmişdir. 1991-ci il iyul ayının 15-də Goranboy rayonunun Todan kəndinə erməni silahlılarının hücumu zamanı mülki əhalini kənddən çıxararkən şəhid olmuşdur.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]

Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İrsi

Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.

Ədəbiyyat

İstinadlar

  1. 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2019.