Şahlar Şükürov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1952(1952-05-17)
Doğum yeri
Vəfat tarixi 8 may 1990(1990-05-08) (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Sənan, Fəridə
Atası Əvəz Şükürov
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi mayor, milis mayoru[d]
Təltifləri "Qızıl Ulduz" medalı

Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu8 may 1990, Mardakert, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı.

Döyüşlərdə iştirakı

O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

İstinadlar

  1. "Qəhrəmanlar unudulmur!". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.

Mənbə

Xarici keçidlər