Sərxan Ocaqverdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sərxan Ocaqverdiyev
Sərxan Surxay oğlu Ocaqverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1967(1967-07-16)
Doğum yeri
Vəfat tarixi 5 may 1992(1992-05-05) (24 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Rütbəsi əsgər
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı

Sərxan Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur.

Döyüşlərdə iştirakı

1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur.

Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir.

Nişanlı idi.

Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.

Ədəbiyyat

İstinadlar

  1. "National Heroes". Azerbaijans.com. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.