Əsgər Əliyev adına dostluq parkı

Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.

Əsgər Əliyev
Əsgər Ələkbər oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Ləj, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Qızıl Ulduz" medalı

Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.

Əsgər Əliyev adına Dostluq Parkı Lənkəran şəhərinin Qala xiyabanı və Fikrət Məmmədov küçəsinin kəsişməsində yerləşən park.[1] Park Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyır.[2] Dostluq parkında Təbriz çayxanası və Veteranlar klubu fəaliyyət göstərir.[3]

Haftoni qəsəbə orta məktəbində "Xatirə guşəsi" yaradılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "UNUDULMAZ QƏHRƏMAN". respublika-news.az (ingilis). 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  2. "Ə.Əliyev adına "Dostluq parkı" | Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti". lenkeran-ih.gov.az. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  3. "Arxivlənmiş surət". www.anl.az. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.