Məhərrəm Seyidov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə |
|||
Sətir 11: | Sətir 11: | ||
|doğum tarixi = 7.9.1952 |
|doğum tarixi = 7.9.1952 |
||
|vəfat tarixi = 19.1.1990 |
|vəfat tarixi = 19.1.1990 |
||
|vəfat yeri = [[Kərki]], [[Sədərək rayonu]], [[Azərbaycan]] |
|vəfat yeri = [[Kərki]], [[Sədərək rayonu]], [[Naxçıvan MR]], [[Azərbaycan]] |
||
|vəfat səbəbi = [[Şəhid]] olmuşdur |
|vəfat səbəbi = [[Şəhid]] olmuşdur |
||
|vətəndaşlığı = |
|vətəndaşlığı ={{USSR}} |
||
|milliyyəti = [[Azərbaycanlılar|Azərbaycanlı]] |
|milliyyəti = [[Azərbaycanlılar|Azərbaycanlı]] |
||
|mənsubiyyəti = {{Daxili İşlər Nazirliyi}} |
|mənsubiyyəti = {{Daxili İşlər Nazirliyi}} |
14:11, 13 may 2024 tarixindəki versiya
Məhərrəm Seyidov | |
---|---|
Məhərrəm Mirəziz oğlu Seyidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Kərki, Sədərək rayonu, Naxçıvan MR, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri |
|
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1970-1990 |
Rütbəsi |
Kapitan |
Vəzifəsi | Baş İnspektor |
Təltifləri |
|
Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu – 19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.[1][2]
Həyatı
7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Şəxsi həyatı
Ailəli idi, dörd övladı qalıb.
Döyüşlərdə iştirakı
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Təltif və mükafatları
- (1980) — "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
- (1990) — "Qırmızı Ulduz" ordeni (ölümündən sonra)
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
- (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
- Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub.
- Şərur şəhər 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 257.
İstinadlar
- ↑ "Məhərrəm Seyidov Mirəziz oğlu". www.ens.az ( (az.)). 16.09.2018. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.09.2018.
- ↑ "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2019.
- ↑ "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.
- 7 sentyabrda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Şərur rayonunda doğulanlar
- 37 yaşında vəfat edənlər
- 19 yanvarda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Şərur Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- Azərbaycanın Milli Qəhrəmanları
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Sədərək rayonunda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları