Fəxrəddin Cəbrayılov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fəxrəddin Cəbrayılov
Fəxrəddin Mövsüm oğlu Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1958(1958-08-12) (65 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi General-mayor
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı
"Azərbaycan Bayrağı" ordeni — 1994

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit.

Həyatı

Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər.

1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il "N" saylı taborun komandiri vəzifəsinə təyin olunur.

Döyüşlərdə iştirakı

1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonundaKəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular. 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır.

2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir[1].

Ailəsi

Ailəlidir, üç övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İstinadlar

  1. https://www.baki-xeber.com/siyaset/103212.html
  2. http://www.e-qanun.az/framework/30557

Ədəbiyyat


  1. Müdafiə Nazirliyində kadr dəyişiklikləri edilib. Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine  (az.)