Səfa Axundov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Şuşa, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Fətulla Axundov
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı rayonu, Azərbaycan SSR1992, Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı

Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.

Ailəsi

Evli idi, iki oğlu yadigar qaldı.[2]

Döyüşlərdə iştirakı

Səfa Axundov ailəsi ilə

1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə[3] biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.

1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.[4]

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.[2]

Həmçinin bax

Ədəbiyyat

  • Əbədiyyət yolçuları //Səhər.- 1992.- 27 noyabr.- S.2.
  • Əsgərov V. Axundov Səfa Fətulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.16-17.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27-28.
  • Qəhrəmanın büstü açılmışdır: [Cəlilabadda] //Azərbaycan.-1996.- 15 may.-S.3.
  • Mehdiyev S. Qorxmaz təyyarəçi //Odlar yurdu.- 1993.-11 fevral.- S.2.
  • Səfərli M. Qəlblərdə yaşayır: [Şəhid təyyarəçi haqqında]//Azərbaycan.- 1998.- 11 iyul.- S.3.
  • Süleymanov M. Sonuncu reys //Süleymanov M. Azərbaycanın səma şahinləri.- B., 1994.- S. 25.
  • Şahmar E. İgidə el ağlayar //Şahmar E. Kövrək məhəbbətim Qubadlı.- B., 1994.- S.141-146.
  • Zeynalov R. Axundov Səfa Fətulla oğlu: (1958-1992)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.11.

İstinadlar

  1. 1 2 "National heroes". swhs.az (ingiliscə). 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2019.
  2. 1 2 "AXUNDOV Səfa Fətulla oğlu". Avciya.az (Azeri). 23 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2019.
  3. "1993 UN Security Council Resolutions on Nagorno-Karabakh". 2001-2009.state.gov. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2018.
  4. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.