Yunis Əliyev (hərbçi)

Yunis Əsgər oğlu Əliyev (9 oktyabr 1958, Qızılhacılı, Qasım İsmayılov rayonu5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Yunis Əliyev
Əliyev Yunis Əsgər oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1958(1958-10-09)
Doğum yeri
Vəfat tarixi 5 may 1992(1992-05-05) (33 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı.

Ailəli idi. İki övladı var.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni ordusuna qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.[2]

Yunis Əliyev 1992-ci il iyunun 16-da Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

  1. "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2018.
  2. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-07. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.