İlham Əliyev (hərbçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlham Əliyev
İlham Müzəffər oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1961(1961-05-05)
Doğum yeri
Vəfat tarixi 19 avqust 1990(1990-08-19) (29 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi Leytenant
Vəzifəsi Cinayət Axtarış Bölməsinin Əməliyyat Müvəkkili
Döyüşlər
Təltifləri "Qırmızı ulduz" ordeni "Qızıl ulduz" medalı
Milis əlaçısı

İlham Müzəffər oğlu Əliyev (5 may 1961, Gədəbəy19 avqust 1990, Qazax) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ. Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Mükəmməl polis" döş nişanına layiq görülmüşdür.[2]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəli idi. Bir övladı var.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da, artıq gec idi.[3]

19 avqust 1990-cı il leytenant İlham Əliyev Qazax rayonunun Əskipara kəndində şəhid olub.[4] Gədəbəy rayonunda dəfn edilib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə leytenant İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[5]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]
  1. ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu [ölü keçid]
  2. "Əliyev İLHAM MÜZƏFFƏR oğlu. veten-ugrunda.az". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
  3. "İlham Əliyev Müzəffər oğlu". www.ens.az (az.)). 16.09.2018. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.09.2018.
  4. "MİLLİ QƏHRƏMAN — ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu. faktxeber.com". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
  5. "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.
  6. Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. Arxivləşdirilib 2013-09-25 at Archive.today AzərTAc, 25.09.2013. (az.)
  7. "YouTube"də izlə: "Alınmaz qalanın qəhrəmanları" "YouTube"də Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine (az.)