Canpolad Rzayev
Canpolad Rzayev | |
---|---|
Canpolad Yaqub oğlu Rzayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çuxurməhlə, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Qaraqaya, Xocalı, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur |
Dəfn yeri | Ağdam Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1988–1992 |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Tank komandiri |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Birinci Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən "Qarabağ şahinləri" batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Rzayev Yaqub Ələsgər oğlunun övladı idi. Evli idi, iki övladı qalıb.[3]
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[4]
Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 248.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ "Milli Qəhrəman Canpolad Rzayevin anası: Yeganə arzum Canpoladın uyuduğu torpaqda uyumaqdı". qaziler.az. 17 March 2018. 29 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ "Xalqımızın qəhrəman oğlu Rzayev Yaqub Ələsgər oğlu (Qatır Məmməd)". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-07. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 26 fevralda doğulanlar
- 1968-ci ildə doğulanlar
- 24 yaşında vəfat edənlər
- 26 fevralda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin leytenantları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Ağdam rayonunda doğulanlar
- Xocalıda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Xocalı soyqırımında həlak olanlar
- Xocalı rayonunda vəfat edənlər
- Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Ağdamda doğulanlar