Teymur Əliyev (dövlət xadimi)

Teymur Mahmud oğlu Əliyev (1896, Şuşa21 aprel 1938, Moskva) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Qazaxıstan SSR Xalq Komissarları Sovetinin sədr müavini, Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədr müavini, Almatı Şəhər Sovetinin sədri, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR xalq maliyyə komissarı, Naxçıvan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR xalq xarici ticarət komissarı, Azərbaycan SSR Ali İnqilab Tribunalının sədri.[1]

Teymur Əliyev
bayraq
Qazaxıstan SSR Xalq Komissarları Sovetinin sədr müavini
bayraq2
5 dekabr 1936 – mart 1937
bayraq
Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədr müavini
bayraq2
1933 – 5 dekabr 1936
bayraq
Almatı Şəhər Sovetinin sədri
bayraq2
mart 1933 – sentyabr 1933
bayraq
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyasının sədri
bayraq2
1929 – 1931
SonrakıSuren Zarafyan
1924 – 1929
ƏvvəlkiƏlisəttar İbrahimov
SonrakıƏli Məhəmmədov
bayraq
Naxçıvan SSR Xalq Komissarları Sovetinin sədri
bayraq2
1922 – 27 fevral 1923
ƏvvəlkiBehbud ağa Şahtaxtinski
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR xalq xarici ticarət komissarı
bayraq2
27 noyabr 1920 – 1922
Əvvəlkivəzifə təsis edilib
bayraq
Azərbaycan SSR Ali İnqilab Tribunalının sədri
bayraq2
1920 – 1921
Şəxsi məlumatlar
Doğum tarixi 1896
Doğum yeri
Vəfat tarixi 21 aprel 1938(1938-04-21)
Vəfat yeri
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teymur Mahmud oğlu Əliyev 1896-cı ildə Şuşada doğulmuşdur. 1916–1917-ci illərdə Göyçay qəzasında müəllim işləmişdir. 1917–1918-ci illərdə Kazan Universitetində təhsil alsa da, təhsilini tamamlaya bilməmişdir.

1919-cu ildən Qızıl Ordu sıralarına qatılmışdır.

Teymur Əliyev 1917-ci ildə Göyçay Sovetinin sədri olmuşdur.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarifi Nazirliyində katib işləmişdir.

Aprel işğalından sonra Teymur Əliyev 1920–1921-ci illərdə Ali İnqilab Tribunalının rəhbəri olmuşdur.

27 noyabr 1920-ci ildə çevrilmə və birləşmə yolu ilə Xalq Xarici Ticarət Komissarlığı təsis edildi və Teymur Əliyev komissar vəzifəsinə təyinat aldı. 1922-ci ilədək bu vəzifədə çalışmışdır.

Teymur Əliyev 1922-ci ildən 27 fevral 1923-cü il tarixinədək Naxçıvan Xalq Komissarları Sovetinin sədri olmuşdur.

O, 1924–1929-cu illərdə xalq maliyyə komissarı olmuşdur. 1929–1931-ci illərdə isə Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri işləmişdir.

Teymur Əliyev 1932–1933-cü illərdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanında Ümumittifaq Kommunal Təsərrüfat Şurası Rəyasət Heyətinin üzvü, Plan İdarəsinin rəisi olmuşdur.

1933-cü ilin mart ayından sentyabr ayınadək Almata Şəhər Sovetinin sədri olmuşdur. 1933-cü ilin oktyabr ayından 1937-ci ilin mart ayınadək Qazaxıstan Xalq Komissarları Soveti sədrinin birinci müavini olmuşdur.

Teymur Əliyev 1937-ci ilin iyun ayınadək Azov-Qara Dəniz Diyar Kommunal Təsərrüfat İdarəsinin rəisi olmuşdur.

Həbsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Teymur Əliyev 4 iyun 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 58-ci maddə üzrə Rostovda həbs edilmişdir. O, Azərbaycanda antisovet, əks-inqilabi, burjua-millətçi təşkilatda iştirak etməkdə, təxribat və casusluqla məşğul olmaqda ittiham olunmuşdur. 21 aprel 1938-ci ildə güllələnmişdir. Nəşi Moskva vilayətinin Kommunarka şəhərində dəfn olunub.

Teymur Əliyev ilə bağlı 1956-cı ildə bəraət qərarı çıxmışdır.

Bakıda Atatürk və Azadlıq prospektlərini birləşdirən və "Milyonerlər məhəlləsi" olaraq tanınan küçə onun adına olub.[2] 2012-ci ildə küçənin adı dəyişdirilərək Xalq şairi Məmməd Arazın adı verilib.[3]

  1. "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  2. "Teymur Əliyev küçəsində və Novxanıdakı dəbdəbəli mülklər niyə siyahıya alınır?". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  3. ""MİLYONERLƏR MƏHƏLLƏSİ"nin, SAHİBİ, DƏYİŞDİ". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.