Eldəniz Səlimov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Eldəniz Səlimov
24 noyabr 2015 – 27 dekabr 2021
Seçki dairəsi2015 — 55 saylı Xaçmaz şəhər
2020 — 55 saylı Xaçmaz şəhər
ƏvvəlkiArif Əşrəfov
Şəxsi məlumatlar
Doğum adı Eldəniz Adil oğlu Səlimov
Doğum tarixi 2 noyabr 1976(1976-11-02) (47 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin VVI çağırış deputatı.

Həyatı

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub.[1] Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi.[1] Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır.[1] 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.[1]

2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş,[1] 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.[1]

Ailəsi

Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var.[1]

Siyasi fəaliyyəti

Eldəniz Səlimov 20152020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.[1]

O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur.[1] Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, QazaxıstanLüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.[1]

2015–2021-ci illərdə isə Milli Məclisin Aqrar siyasət, Gənclər və İdman Komitələrinin üzvü olub.[2][3]

Həbsi

Eldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir. Baş Prokurorluq iyulun 30-da deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlatmış və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərmişdir. 2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunmuşdur.[4] Həmçinin 2 avqust 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilmişdir.[5] Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunmuşdur.[4] 27 dekabr 2021-ci il tarixində hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə Eldəniz Səlimova hökm oxunub, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun deputat mandatına xitam verilib.[6]

Təltifləri

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Azərbaycanın Milli Məclisinin beşinci və altıncı çağırış deputatları  (az.)". M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası. 2019-08-24. 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.
  2. "Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 17-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  3. "Azərbaycan Milli Məclisinin Gənclər və idman Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 21-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  4. 1 2 "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  5. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  6. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.