Səfəralı Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səfəralı Məmmədov
Səfəralı Qurban oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sərçuvar, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Qaradağlı, Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Sərçuvar, Masallı rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi Leytenant
Vəzifəsi taqım komandiri
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Səfəralı Məmmədov (16 oktyabr 1963, Masallı16 fevral 1992, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu. Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Milli Qəhrəman Səfəralı Məmmədova "Qəhrəman polis" adlı sənədli film həsr edilmiş və Masallı rayon Mədəniyyət mərkəzində təqdimatı olmuşdur.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2]

  1. "Qəhrəman polis": Milli Qəhrəman Səfəralı Məmmədova həsr edilmiş sənədli filmin təqdimatı: [Masallı rayon Mədəniyyət mərkəzində] //Mədəniyyət.- 2014.- 28 may.- S.7.
  2. "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.