Tapmacalar

Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur.

Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır.[1] Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir.[2] Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür.

Tapmacalar daha çox nəzmlə olur. Məsələn:

O yanı çəpər,
Bu yanı çəpər
İçində atlı çapar. (göz)

Bir balaca mil başı,
Yandırdı dağı-daşı (kibrit)

Dəyirmana dən gəldi,
Durun görün kim gəldi.
Toxunmamış çuvalda
Üyünməmiş un gəldi. (iydə)

Bu yanı taxta o yanı taxta

Yumuru bəy otaqda

Sonuncu nümunədən aydın olur ki, tapmacaların müəyyən qismi bayatı şəklindədir.

Nəsrlə olan tapmacalar da var. "Mən getdikcə o da gedir" (kölgə), "Ağac başında al yanaqlı qız" (alma), "Qara toyuq qapıda yatar" (süpürgə), "Ağac başında unlu dağarcıq" (iydə) və s.

Bəzən tapmacalar atalar sözlərinin də yerində işlənir. Məsələn; "Hamını bəzər, özü lüt gəzər", "Bir balaca boyu var, dam dolusu toyu var" və s.

Tapmacalar qədim və orta əsrlərdə maraqlı bir əyləncə vasitəsi də olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Bilmece nedir?[ölü keçid]
  2. "www.edebiyatokulu.org — Bulmaca". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.