Anar İsgəndərov (tarixçi)

Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956, Kolatan, Masallı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının[1] müdiri, Milli Məclisin VIVII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri (2024-cü ildən)[2].

Anar İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1956(1956-01-10) (68 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı

Təltifləri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2019
"Tərəqqi" medalı — 2009 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.[3]

1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır.

1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[4]

1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı ilə təltif olunub.
  • 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı" ilə təltif olunub.
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medalı ilə təltif olunub.
  • 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[5].
  • 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib[6].
  • 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu[7]"Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı[8] ilə təltif edilib.

1978–1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Fəlsəfə" kafedrasında kabinet müdiri, 1984–1999-cu illərdə BDU-nun Tarix fakültəsi "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.

Çalışdığı müddətdə "Azərbaycan tarixinin tarixşünaslığı", "Azərbaycan tarixinin mənbəşünaslığı", "Tarix elminin aktual problemləri", "Tarixi tədqiqatların metodoloji problemləri" fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.[9]

İlk dəfə olaraq 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.

1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" qızıl medalı ilə təltif olunmuşdur.

2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə "Qızıl döş nişanı" ilə təltif olunmuşdur.

"1918–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparmışdır.

A. İsgəndərov 2011–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur. 2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", Tarix, insan və cəmiyyət, "Dirçəliş", "Kəlam", "Yaşıl çay", "Metafizika"[10] jurnallarının redaksiya heyətinin üzvüdür.

2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.

A. İsgəndərovun 6 monoqrafiyası, 8 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur.

A. İsgəndərov və rəhbərlik etdiyi kafedranın digər əməkdaşları mütəmadi olaraq Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxış edirlər.

A. İsgəndərov rəhbərliyi altında 20 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onun rəhbərliyi altında 10 əyani doktorant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqat işlərini davam etdirirlər. O, tarix elmləri proqramı üzrə 6 elmlər doktorunun elmi məsləhətçisidir.

A. İsgəndərov müqəddəs Həcc, Ümrə və Məhşəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı, iki nəvəsi var.[11]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[12]

2024-cü il oktyabrın 8-də Azərbaycan - İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[13]

1989-cu ildə "Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2004-cü ildə "Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Əhməd Bəy Ağaoğlunun aşiqı. Tarix və Onun Problemi, N 3, 2016, s.374–376
  • Massacres against türk-muslims population committed by dashnak-bolsheviks in 1918–1920 s. Azerbaijan National Academy of Sciences Commission on Research of Genocide against Azerbaijanis İnstitute of the Caucasus Studies "The Relaties of Genocide", Baku, 2017, s.162–184
  • Quba soyqırımı. "Multikultralizm" ədəbi-bədii, elm-publisistik jurnalı, Bakı, 2017 № 2, s.51–55
  • Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri. BDU-nun Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarix və müasirlik" mövzusunda keçirdiyi III beynəlxalq konfrans, 21–22 dekabr 2018-ci il, Dünya azərbaycanlıları: Tarix və müasirlik (elmi-nəzəri toplu – VII buraxılış), Bakı, 2020, 10–18
  • Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev. Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşklatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı" mövzusunda Respublika elmi konfransı. Bakı, 7 may 2020
  • 1918-ci ilin mart soyqırımı tarixi sənədlərdə. Bakının erməni-daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş "XX əsr türk-müsəlman soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda 10–11 sentyabr 2021-ci ildə keçirilən II Beynəlxalq Quba Simpoziumunun materialları, s.188–198
  • Qafqaz İslam Ordusu və Azərbaycanın xilası. Bakının erməni-daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş "XX əsr türk-müsəlman soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda 10–11 sentyabr 2021-ci ildə keçirilən II Beynəlxalq Quba Simpoziumunun materialları, s.165–187
  • Xan qızı Gövhərnisə xanımın yadigarları: Gövhər Ağa məscidləri. "Milli Məclis" analitik-informasiya jurnalı, mart-aprel 2022, s.86–91
  • Müstəqil Azərbaycan xanlıqlarının çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyətinin sovet Rusiyası tərəfindən işğalının oxşar cəhətlərinə bir baxış. "Azərbaycan dövlət müstəqilliyinin 30 illiyi: Mənbəşünaslıq və tarixşünaslıq elminin uğurları və perspektivləri" Respublika elmi konfransının materialları, Bakı, 2022, s.7–8 
  • İsgəndərov A. 1918-ci il Mart qırğınının tarixşünaslığı. Bakı, 1997.
  • İsgəndərov A. Azərbaycan Xalq Cümhuriyyəti. Bakı, 2003.
  • İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918–1920), 2006.
  • İsgəndərov A. Təzəpirin tarixi (Azərbaycan, rus, ingilis və ərəb dillərində), Bakı, 2009.
  • Realities of Azerbaijan 1917–1920. Author: Isgenderli Anar; Foreword by Justin McCarthy; Translated from the azerbaijani to the english by Yusif Axundov. Bloomington: Xlibris Corporation, 2011, 234 pages. ISBN 9781456879556
  • İsgəndərov A. Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar. 2011.
  • Azərbaycan həqiqətləri: 1917–1920. Bakı, "Elm və təhsil". 2012, 228 s.
  • Искендеров, А., Мамедов А. Историческая демография (учебное пособие). Баку, 2017.
  • Isgəndərov A., Səidə Əli qızı. Azərbaycan Xalq Cümhuriyyətinin yadıgarı: Bakı Dövlət Universiteti — 100. Bakı, 2019, 176 s.
  • İsgəndərov A. Qafqaz İslam Ordusu və Azərbaycanın xilası. Bakı, Turxan NPB, 2019, 120 s.
  • Bakı Dövlət Universiteti — 100 ilin elm və təhsil məbədi (həmmüəllif). "Nurlar" nəşriyyatı, Bakı, 2019, 296 s.
  • Qarabağ Azərbaycandır! Zəfər epopeyası (kollektiv monoqrafiya). Bakı, 2021, s.
  • İsgəndərov A., Məmmədov A. Tarix və onun metodologiyası. Ali məktəblər üçün dərslik. Bakı, "ADMİU", 2024, 312 s.
  1. "MƏNBƏŞÜNASLIQ, TARİXŞÜNASLIQ VƏ METODİKA". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  2. Anar İsgəndərov Milli Məclisin Elm və təhsil komitəsinin sədri seçilib.
  3. "Kəndin digər tanınmışları:Anar Camal oğlu İsgəndərov — masallilar.az saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.
  4. ANAR CAMAL OĞLU İSGƏNDƏROV - bdu.info.az
  5. "A.C. İsgəndərovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-16.
  6. "Prezident sərəncamı: Nazirlikdə təqdimat". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  7. "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  8. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.
  9. "İSGƏNDƏROV Anar Camal oğlu". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
  10. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  11. İSGƏNDƏROV ANAR CAMAL OĞLU
  12. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  13. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]