Pirqulu Mürsəlov

Piri Mürsəlzadə və ya Pirqulu Mürsəlov (1892, Bakı1920, Bakı) — azərbaycanlı jurnalist, siyasətçi, repressiya qurbanı. "Müsavat" partiyasının Gənclər qolunun rəhbəri, "Səda" və "Azərbaycan" qəzetlərinin müxbiri.

Piri Mürsəlzadə
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Fəaliyyəti jurnalist, publisist
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilərək güllələnib. Məmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.

Piri Babaverdi oğlu Mürsəlzadə 1892-ci ildə Bakının Binəqədi kəndində anadan olub.[1] Bakı Real məktəbini bitirib. Bir müddət Binəqədi kəndində müəllimlik edib.[1]

Bakı quberniyası jandarm idarəsinin hazırladığı Pirqulu Babaverdi oğlu Mürsəlov haqqında 1911-ci ildə hazırladığı sənəd.

1910-cu ildə Haşım bəy Vəzirov Səda mətbəəsini qurub.[2] Piri Mürsəlzadə də bu mətbəədə çap olunan qəzetlərdə əvvəlcə tərcüməçi daha sonra isə jurnalist kimi fəaliyyət göstərib.[1] "Səda" qəzetində fəaliyyət göstərdiyi vaxt 1911-ci il martın 18-də hökumət əleyhinə təbliğatda təqsirləndirilərək[3] bir neçə qəzetin jurnalistləri ilə birlikdə jandarma tərəfindən həbs olunub.[4][5] Qəzetin redaksiyasında axtarış aparılıb[6] bir neçə ay sonra isə qəzet bağlanıb.[7] Cəzasını çəkmək üçün Bayıl həbsxanasına göndərilib.[8] 1911-ci il aprelin 9-da həbsdən azad edilib.[9] Həbsdən buraxılsa da jandarma tərəfindən daim təqib olunub.[9]

Məmməd Əmin Rəsulzadə ilə tanış olduqdan sonra 1917-ci ildə Müsavat partiyasının Gənclər qolunun üzvü daha sonra isə rəhbəri olub.[10][11] 1917-ci ildə məhəlli hökumətin təşkilində kömək etmək məqsədilə Bakıdan Türküstana göndərilən 3 nəfərdən biri olub.[1] Burada Ümum-Rusiya Müəssislər Məclisinə Səmərqənd dairəsindən üzv seçilib.[12][13] Bir müddət fəaliyyət göstərdikdən sonra Bakıya geri qayıdıb.[1]

1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin rəsmi mətbu orqanı olan Azərbaycan qəzetinin əməkdaşı olub.[5][14] Qəzetdə "Piri" imzası ilə yazılar yazıb.[14]

1919-cu il iyunun 13-də Denikin təhlükəsi əleyhinə Bakıda mitinq keçirilib. Müsavat Partiyası adından çıxış edən Piri Mürsəlzadə bütün təşkilat üzvlərinin Azərbaycanın müstəqilliyini qorumağa hazır olduğunu bildirib.[15]

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin müttəfiq dövlətlər tərəfindən tanınması xəbərindən sonra yanvarın 14-ü bütün dövlət müəssisələrinin qulluqçuları üçün qeyri-iş günü elan edilib.[16] Həmin gün parlamentin təntənəli iclası, hərbi parad, mitinq və nümayişlər keçirilməsi keçirilib. Piri Mürsəlzadə də mitinqdə çıxış edərək sülh konfransının işindən ətraflı bəhs edib.[11]

Aprel işğalından sonra Həbib Cəbiyev tərəfindən həbs olunaraq 1920-ci ildə güllələnib.[10][17][18] Qəbrinin yeri bilinmir.[19] Ədəbiyyatşünas, şair Əmin Abid Gültəkinin yazdığına görə Piri Mürsəlzadə Qum adasında güllələndikdən sonra cəsədi dənizə atılıb.[20]

Məhəmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.[21][22]

"Azərbaycan" qəzetinin redaksiya heyəti (1919): Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə[23], Rəhim ağa Vəkilov. Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Məhəmmədəmin Rəsulzadə, Səhra Paşazadə, Üzeyir bəy Hacıbəyov, Mustafa bəy Vəkilov. Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi (Atlasov), Hacıibrahim Qasımov, Məmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.
  1. 1 2 3 4 5 Abid Gültəkin, Əmin. Buzlu cəhənnəm (türk). Azerbaycan Kültür Evi Yayınları. 2018. 76. ISBN 9786056603358.
  2. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi: 1875-1920 (az.). Bakı: Elm və təhsil. 2009. 107. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  3. Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 177.
  4. "პირკული მურსალოვი" [Pirqulu Mürsəlov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3319. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  5. 1 2 İsayev, Orxan. "Rəsulzadənin "İstiqlal şəhidi" adlandırdığı binəqədili". xezernews.az. 2023-05-29. 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
  6. Mirzəyev, Mirzə Şərif. Материалы для истории тюркской печати на Кавказе (az.). Bakı: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2007. 184.
  7. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi: 1875-1920 (az.). Bakı: Elm və təhsil. 2009. 108. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  8. Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 178.
  9. 1 2 Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 179.
  10. 1 2 ""Yaralı adamı duzlu su ilə dolu boçkaya saldılar" – Çekistlərin törətdiyi dəhşətlər". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  11. 1 2 Quliyev, Vilayət. "1920-ci ilin sevinc dolu yanvar ayı - Azərbaycan Xalq Cümhuriyyəti-100". 525-ci qəzet. 2018-02-04. İstifadə tarixi: 2024-10-29.
  12. "Члены Учредительного Собрания // Биографический справочник М". www.hrono.ru. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  13. "Бакинцы - члены Всероссийского учредительного собрания". ourbaku.com. İstifadə tarixi: 2024-10-30.
  14. 1 2 Tohidi, Solmaz. "31 mart 1918-ci il Bakı hadisələri bir il sonra..." 525-ci qəzet. 2020-03-31. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
  15. Yaqublu, Nəsiman. Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə (PDF) (az.). Bakı. 2001. 65. 2024-08-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-30.
  16. Əhmədova, Firdovsiyyə. "Azərbaycanın istiqlaliyyəti 90 il əvvəl beynəlxalq səviyyədə tanındı". Azərbaycan qəzeti. 2010-01-14. İstifadə tarixi: 2024-10-29.
  17. Hüseynov, Şirməmməd. "İlk cümhuriyyətimiz - olmuşlar və düşüncələr". 525-ci qəzet. 2019-02-04. İstifadə tarixi: 2024-10-29.
  18. Nəzərli, Əzizə. XI Красная Армия в Северном Азербайджане: оккупация, расправы, бесчинства (az.). Bakı: Elm və təhsil. 2014. 63. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
  19. "Ədəbiyyat:Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  20. Abid Gültəkin, Əmin. Buzlu cəhənnəm (türk). Azerbaycan Kültür Evi Yayınları. 2018. 77. ISBN 9786056603358.
  21. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 80. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
  22. "Azərbaycanlı şairin Rəsulzadəyə məktubu". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  23. "Bir şəklin tarixçəsi: Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə... - İki əqidə dostu bir arada". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.