Nəsib Məhəməliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəsib Məhəməliyev
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 109 saylı Balakən
2020 — 109 saylı Balakən
ƏvvəlkiRəbiyyət Aslanova
bayraq
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
3 mart 2006 – 2 sentyabr 2015
ƏvvəlkiTahir Quliyev
SonrakıAsif Əsgərov
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 iyul 2000 – 3 mart 2006
ƏvvəlkiŞücaət Bağırov
SonrakıAsif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1961(1961-02-11) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2000–2006), Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı (2006–2015).

Həyatı

Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.

Siyasi fəaliyyəti

2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Partiya fəaliyyəti

Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[1]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.