Azərbaycan zadəganlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı və Cavanşirlər sülaləsinin nümayəndəsi olan Xurşidbanu Natəvan, onun qumuq əsilzadəsi Xasay xan Usmiyevdən olan övladları Mehdiqulu xan VəfaXanbikə xanım.

Azərbaycan zadəganlığıazərbaycanlılarazərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə.

Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsliXoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi.

Tarixi arxa plan

[redaktə | mənbəni redaktə et]

Orlatlar, Səfəvilər və Qacarlar

[redaktə | mənbəni redaktə et]

XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi.[1][2][3] XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi.[4][5][6]

XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur.[7] Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi.[8][9][10][11][12] Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi.[13][14][15][16][17][18] Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.[19] Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvinİsfahan) bu dilin istifadəsi təşviq edilirdi.[20] Saray mərasimləri də Azərbaycan dilində aparılırdı.[21] Səfəvi tacının seçilməsi qarabağlılar kimi xüsusi baş geyimi olan müəyyən qrupların ənənəsinin bir hissəsi idi.[22] Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.[23]

Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmiş[24] ordunun dili idi,[25][26][27][28] fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı.[29] Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.[30]

Xanlıqlar və sultanlıqlar

[redaktə | mənbəni redaktə et]
Azərbaycan xanlıqları

XVIII əsrdə Əfşar imperiyasının parçalanmasından sonra Azərbaycanda türk mənşəli sülalələrin idarə etdiyi xanlıqlar və sultanlıqlar əmələ gəlmişdir. Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsliXoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir.[31][32]

Qarabağ xanlığında bəylər 3 qrupa bölünürdü. Birinci qrupa birbaşa xan ailəsinin üzvləri (xanın qardaşları və onların uşaqları, xanın öz uşaqları və s.) daxil idi.[33] İkinci qrupa Qarabağ xanlarının fərmanları ilə kənd, mahal, məliklik əldə edən şəxslər daxil idi. Birinci və ikinci qrup iyerarxiya baxımından üçüncu qrupdan yuxarıda idi. Azərbaycan xanlıqlarında bəylər, xüsusilə bəy nəslindən gələnlər sosial-iqtisadi həyatda mühüm rol oynayır, xanın xəzinəsindən və ya onlara verilmiş xan torpağından gəlir əldə edirdilər. Onlar xana vergi vermədən torpaq ala, ticarətlə, kənd təsərrüfatı və başqa sahələrlə məşğul ola bilərdi. Bəylərin vəzifəsi həmişə xanların xidmətində olmaq idi.[34]

Şahlar tərəfindən İlisu hökmdarlarına verilmiş sultan titulu Azərbaycan iyerarxiyasında xanla bəyin arasında yerləşirdi. Sultandan iyerarxiya baxımından aşağıda sultan ailəsinin nümayəndəsi olan bəylər, digər ailələrdən irsi bəylər, zadəgan irsi daşımadan bəy adlandırılanlar var idi. Sultan və bəylər qismən saxur, qismən türk-azərbaycan mənşəli idi.[35]

XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik-Avanyanlar daha sonra İslamı qəbul etmiş və azərbaycanlılaşmışdır.[36] XIX əsrin sonlarında bu nəsil xəttindən azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.[37]

Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfaları
Sülalə Tayfa İdarə edilən ərazilər
Ziyadoğlular sülaləsi Bayat boyundan qacarlar
Şahsevənlər Cavad xanlığı
Naxçıvanskilər Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər Naxçıvan xanlığı
Cavanşirlər Əfşarlar Qarabağ xanlığı
Sərkərlər Xançobanı Şirvan xanlığı
Müqəddəmlər Bayat boyundan müqəddəmlər Marağa xanlığı
Şıxlinskilər Qazax sultanlığı
Zülqədərovlar zülqədərlər Şəmşəddil sultanlığı
Tatar süvari alayı

Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra rus idarəçilərin Azərbaycan əsilzadə ailələrinə marağı artmışdır. I Nikolay 1846-cı ilin dekabrında müsəlman əsilzadələrin titul torpaqlar üzərində tamhüquqlu sahiblik səlahiyyətini təsdiq edən qərarnamə qəbul etmişdir. Beləliklə, bəy və ağa statusları çar Rusiyası tərəfindən rəsmi olaraq tanınmış, əsilzadə övladlarına isə dövlət qurumlarında işləməyə icazə verilmişdir. Beləliklə, Səfəvi, Əfşar və xanlıqlar dövründə dövlət tərəfindən əsilzadələrə müvəqqəti verilən dövlət torpağı (tiyul) çarlıq Rusiyası dövründə əsilzadələrin şəxsi mülkiyyətinə çevrilmişdir.[38]

Keçmiş Azərbaycan xanlıqlarının əsilzadələrinin övladları Azərbaycanda rus dilini ilk öyrənənlər olmuş, Rusiya imperiyası ilə əlaqə qurmuş və çara sədaqət andı içmişdilər. Onlar Azərbaycanın yeni kimliyə keçməsinə bələdçilik etmiş, köhnə Azərbaycan ilə yeni rus imperiyası reallığı arasında körpü rolunu oynamışdılar. Bu elita XIX əsrin ortalarında intelektual mübadiləyə və istehsala səbəb olan ədəbi məclisləri formalaşdırmış və onlarda iştirak etmişdir.[39]

Bəy-torpaq mülkiyyət formasının davam etdiyi dövrdə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin (indiki Füzuli rayonu) qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər böyük torpaq sahibləri idi. Naxçıvanda NaxçıvanskilərKəngərlinskilər böyük torpaq sahibləri idi.[40] Azərbaycan tarixçisi Fərhad Nağdəliyev hesab edir ki, Rusiya imperatoru Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir.[41]

Çarlıq dövründə Qarabağ xanının qızı Xurşidbanu Natəvan qumuq əsilli, Dağıstan zadəganı Xasay xan Usmiyevlə siyasi məqsədlərlə evlənməyə məcbur edilmişdir. Mixail Vorontsov Azərbaycanda üsyanların çıxmasından qorxduğu üçün hər yerə müşahidəçilər qoyurdu və buna görə də Natəvanı öz yavəri Xasay xanla evlənməyə məcbur etmişdi. Natəvan onu sevməmiş və illər boyunca məcburi olaraq onunla yaşamışdır.[42] Xurşidbanu Natəvan Xasay xanın ölümündən sonra yoxsul bir şuşalı ilə evlənmişdir. Onun birinci ailəsindən olan oğlu Mehdiqulu xan Vəfa rəiyyətlə evləndiyi üçün anasından çox narazı qalmışdır.[43]

1897-ci ildə Rusiya imperiyasında əhalinin siyahıya alınması nəticələrinə görə, əhaliyə düşən zadəgan sayına görə, gürcülər, polyaklar, litvalılar və tatarlardan sonra azərbaycanlılar gəlirdi. Təhkimçilik hüququ ləğv edildikdən sonra, Finlandiya istisna olmaqla, digər qeyri-rus zadəganları öz xüsusi statuslarını itirdilər.[44][45]

Müasir Azərbaycan

[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti İrana elçi olaraq iki yerli Qacar zadəganını göndərmişdir. Bu dövrdə İranın özü də Qacarlar tərəfindən idarə edildiyi üçün görüşdə iştirak edəcək hər iki tərəfin nümayəndəsi (Azərbaycan Xalq Cümhuriyyəti və Qacar İranı) eyni tayfasülaləyə mənsub idi. Azərbaycan nümayəndəsi İsmayıl xan Ziyadxanov ata tərəfdən Gəncə Qacarlarının (Cavad xanın nəsli), ana tərəfdən isə Qacar şahzadəsi Bəhmən mirzə Qovanlı-Qacarın nəslindən gəlirdi.[46]

Azərbaycanın müstəqilliyi dövründə zadəgan nəslindən gələnlərin şəcərəsini tanıda bilmək və yaddaşlarda saxlamaq məqsədilə Əsilzadələr Məclisi yaradılmışdır. Bu ictimai təşkilata Maqsud İbrahimbəyov sədrlik etmiş, Heydər Əliyevin təşkilatın yaradılmasında rolu olmuşdur.[47]

2020-ci il İkinci Qarabağ müharibəsi dövründə baş verən Şuşanın azad edilməsi döyüşündə XVIII əsrdə bu şəhəri tikmiş Pənahəli xanın nəslindən gələn, xüsusi təyinatlıların general-mayoru Zaur Cavanşir iştirak etmişdir. Döyüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Zaur Cavanşirlə telefon vasitəsilə danışaraq onun ata-baba yurdu olan Şuşanın azad edilməsində rolu olduğunu bildiyini və onu Şuşanın ilk komendantı təyin etdiyini bildirmişdir.[48] 2020-ci il Bakı Qələbə Paradında Zaur Cavanşirin rəhbərlik etdiyi döyüş bayraqdarları qrupu qələbənin qazanılmasında xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirmişdir.[49]

2024-cü ildə Bakıda keçirilən "Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda ikinci beynəlxalq konfranda İrəvan xanlarının nəslindən gələn Əmir Əli Sərdari İrəvani və Turhan Turqut iştirak etmiş, onlar Ermənistandakı ata-baba yurdlarını görmək istədiklərini bildirmişdir.[50] Hüseynəli xanın nəslinin nümayəndəsi olan Əmir Əli Sərdar İrəvani Qərbi Azərbaycan İcmasına fəxri üzv seçilmişdir.[51]

İdarəçilik və titul adları

[redaktə | mənbəni redaktə et]
Xanbəzəmə. Novruz

XVI əsrdə İranda azərbaycandilli sülalələrin və hərbçilərin hakimiyyətinin başlaması səbəbi ilə fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlər daxil olmuşdur.[4] İdarəçilik sahəsində Azərbaycan mənşəli sözlərə yüzbaşı, minbaşı, bəylərbəyi misal göstərilə bilər.[52]

"Dəstur əl-Müluk" (Hökmdarların nizamnamələri) və "Təzkirat əl-Müluk" (Hökmdarların xatirəsi) əsərləri İranda idarəçilik strukturu və sosial vəziyyət haqqında məlumat verir. "Dəstur əl-Müluk" Səfəvi dövrünün sonunda yazılsa da, XVI əsrə aid məlumatlar da ona daxildir. "Dəstur əl-Müluk" əsəri "Təzkirat əl-Müluk"dan daha çox təfərrüata malikdir, aşağı rütbəlilər (məsələn, saraya təminat gətirənlər) haqqında da məlumat verir. Bu əsərlər digər dillərlə birlikdə türk dilindəki texniki idarəçilik terminlərini də istifadə edir. Bu əsərlərdə texniki idarəçilik terminologiyasının tətbiqi 4 dilə (fars, ərəb, türk, monqol) əsaslanır, Azərbaycan türkcəsinin Səfəvi dövrünün sonuna qədər istifadəsi ilə əlaqəlidir.[53]

Tarixən Azərbaycan adlarında mənsəblərdən (titullardan) istifadə edilirdi.[54]

Əsas titulların siyahısı

[redaktə | mənbəni redaktə et]
Naxçıvan azərbaycanlısı olan zadəgan qadın (bəyim)
  • Xan. Orta əsrlərdə feodal hakimlərin tituludur. Məs: Adil xan Ziyadxanov.
    • Xanım. Əsilzadə qadınların tituludur. Xan titulundan törəmişdir. Məs: Heyran xanım.
  • Sultan. Orta əsrlərdə hökmdarların tituludur. XVIII əsrdə Azərbaycanda sultanlıqlar mövcud olmuşdur. Məs: Hüseyn sultan Kəngərlinski.
  • Bəy. Azərbaycan xanlıqları dövründə hakim, yəni xan mülk sahibi olmaq hüququna malik olan zadəgan mülkədarlarına bu titulu verirdi.[55] Şərqi Zaqafqaziya Rusiyaya birləşdikdən sonra torpaq sahibi olan azərbaycanlı mülkədarlar bəy adlandırılmağa başladı.[56] Məs: Qasım bəy Zakir. 1846-cı il qərarnaməsi ilə rəsmi olaraq tanınmışdır.[38]
    • Bəyim. Əsilzadə qadınların tituludur. Bəy titulundan törəmişdir. Məs: Qəmər bəyim Şeyda.
    • Bəyzadə. Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına bəyzadə deyilirdi.[57]
  • Məlik. Monqollor, Səfəvilər və xanlıqlar dövründə Azərbaycan və Ermənistan ərazisində yerli, qədim müsəlman və xristian zadəgan ailələrinin törümələri olan feodalların titulu idi.[58]
  • Ağa. Hakim, istismarçı siniflərə mənsub adamın (mülkədar, bəy, zadəgan) tituludur. Məs: Gövhər ağa. 1846-cı il qərarnaməsi ilə rəsmi olaraq tanınmışdır.[38]
    • Ağalar. Səfəvilər dövründə tayfa başçılarının və feodalların cəm şəklində adlandırılması fars dilində ağayan, azərbaycan dilində ağalar idi.[59]
  • İlbəy. Azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin başçılarına verilən titul. İlbək asayişin qorunmasına və vergilərin yığılmasına cavabdehdir. Bundan əlavə, tayfanın yerli idarəsinə ilbəylər tərəfindən təyin edilmiş bir bəy rəhbərlik edir.[60]
  • Ağsaqqal. Köçəri zadəganları arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri belə adlandırılırdı. Fars dilində sinonimi riş-i səfiddir.[59] Şahsevənlərdə ağsaqqallar isə siyasi, iqtisadi, dini və sosial elitanın təcəssümüdür.[60]
  • Nökər. Tarixən monqol dövlətlərində əsilzadə sinfi nümayəndələri üçün istifadə edilib. Azərbaycanda da mövcud olub. Müasir Azərbaycan dilində isə kişi qulluqçuya verilən addır. Övliya Çələbi Bakı, Gəncə və İrəvan xanlıqlarının müəyyən sayda nökərə sahib olduğunu qeyd edir.[61]

XIII–XIV əsr Elxani tarixçisi Fəzlullah Rəşidəddin tərəfindən "Cəmi ət-Təvarix" əsəri yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur.[62] Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır.[63] XV əsr Azərbaycanında türkmənlər oğuz hekayəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Bunlara misal olaraq, Qaraqoyunlu Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın oğlu Gün xanın oğlu Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları göstərilə bilər.[64]

Ağqoyunlu hökmdarı Uzun Həsən Oğuz xanın və onun nəvəsi Bayandur xanın soyundan gəldiyini iddia edirdi. O, Bayandur tamğasının (möhürünün) Ağqoyunlu imperiyasında dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[65][66] Ağqoyunlu sultanları dövründə yazıya alındığı düşünülən "Kitabi-Dədə Qorqud" dastanında Bayandur xanın nəsli Oğuz xanın oğlu Göy xandan yox, başqa yerlərdə adı keçməyən Qam xandan gəlir.[67] Uzun Həsənin əmri ilə yazılmış "Kitabi-Diyarbəkriyyə"də isə Ağqoyunluların əcdadlarının adları olaraq Oğuz əfsanəsi və hökmdarlarına aid adlar istifadə olunur.[68]

Zadəgan ailə Tayfa İlkin tayfa əcdadı
Ziyadoğlular, Bəhmənilər, İrəvanskilər, Ziyadxanovlar Bayat boyundan qacarlar Gün xan (Oğuz xan oğlu)
Kəngərlilər, Naxçıvanskilər, Kəlbəlixanovlar, Zülfüqarxanovlar Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər Ulduz xan (Oğuz xan oğlu)
Cavanşirlər, Vəzirovlar, Aşurbəyovlar, Behbudovlar Əfşarlar Ulduz xan (Oğuz xan oğlu)
Müqəddəmlər Bayat boyundan müqəddəmlər Gün xan (Oğuz xan oğlu)

Çingiz xan soyu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çingizlilər
Azərbaycan maarifçisi Həmidə Məmmədquluzadə. Cavanşirlər sülaləsi nümayəndəsi.

Ali Monqol Xaqanlığının keçmiş ərazisində hakimiyyətə gəlmək istəyən sülalələr öz iddialarını Çingiz xan soyu ilə əsaslandırırdılar. Buna görə də Qaraqoyunlu Qara Yusif öz oğlu Pirbudağı monqol Cəlairi sülaləsindən olan Sultan Əhmədə oğulluğa vermişdir. Qara Yusif daha sonra hakimiyyətə gələndə sultan taxtına özü yox, oğlu çıxmışdır.[69] İranın Qacarları sülalələrinin başlanğıcının monqol komandirinin oğlu Qacar Noyondan gəldiyini iddia edir və Çingiz xanın Qacar stilində paltarlarda çəkilmiş rəsmlərini saraylarında asırdılar.[70]

1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli bəy süvari tərəfdarları ilə birlikdə Qarabağa gələrək özünü xan elan etdi. O, özünü xan elan etməsini Çingizli Hülakülər sülaləsindən olan Arqun xanın nəslindən gəlməsi ilə əsaslandırırdı.[71] Əhməd bəy Cavanşir "Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində Cavanşirlər sülaləsinin mənşəyini və hakimiyyətə gəlməsini belə izah edirdi:

" Nəhayət, 1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə qədər qoçaq atlısı ilə birlikdə Qarabağa gəldi və özünü müstəqil xan elan etdi. Onun ilk nəzərdə cəsarətli görünən bu təşəbbüsü Şərqdə bu cür hallarda çox mötəbər sayılan aşağıdakı rəvayətlərə əsaslanırdı. O, Hülakü xanın nəvələrindən biri olan Arqun şahın nəslindəndir.[72] "

Əhməd bəy Cavanşirin Qarabağ xanlığının hakim sülaləsinin Hülakü xanın nəslindən gəlməsi ilə bağlı iddiaları mənbələrdə təsdiqini tapmır. Ancaq cavanşirlər tayfası Hülakü xanın ordusunda Azərbaycana gəlmişdir.[73] Əhməd bəy Cavanşir Pənahəli xanı idealizə edərək Çingiz xanın nəsli ilə müqayisə edir.[74] Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərində isə belə qeyd edilir:

" Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş.[75] "

Buna görə də Cavanşir-Sarıcalı nəslinin nümayəndələri olan Cahid Camal və oğlu Heydərin Hülakü xanın (Arqun xanın babası) nəslindən gəldiyinə inanılır.[76] Cahid Camal uzun müddət Azərbaycan, Rusiya və Monqolustanda fəaliyyət göstərmiş, Monqolustana və onun köçəri xalqlarına bir çox əsər həsr etmişdir. Cahid Camal həm Azərbaycan, həm Monqolustan Rəssamlar Birliyinin üzvü olmuşdur.[77] Heydər Camalın ana tərəfdən nəsli rus Şepelev zadəgan ailəsindən gəlir.[76]

border=none Əsas məqalə: Azərbaycan mədəniyyəti

XVIII əsrin II yarısında bütün Azərbaycan xanlıqlarının ordularının adi insanların "bahadır" adlandırdığı pəhləvanları var idi. Pəhləvanlar arasındakı yarışlar zorxanalarda həyata keçirilirdi.[78] Qarabağ xanı İbrahimxəlil xana (1763–1797) məxsus olan zorxana Xan bağında yerləşirdi. Burada pəhləvanlar idmanın sirlərinə yiyələnir, fiziki formalarını qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər. Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.[79]

Saraylarda ədəbi məclislərin təşkil edilməsi XIX əsrə qədər davam etmişdir. Kərbəlayi Allahi Arif Şamaxı və İrəvan xan saraylarında fəaliyyət göstərmişdir. Qarabağda Cəfərqulu xan öz sarayında xanəndə, sazəndə və şairlərdən ibarət məclis təşkil edirdi. Bu məclislərə hansı şairlərin gələcəyinə şahlar və ya onların təyin etdiyi məliküş-şüəralar qərar verirdi.[80]

XIX əsrə qədər muğam sənəti əsasən feodalların saraylarında inkişaf edirdi və bu da sevgi-lirika və fəlsəfi-tərbiyəvi mövzuların, çox vaxt mistik və erotik obrazların istifadəsi ilə muğamda iz buraxmışdır.[81]

Lotu Qulu Qarabağ xanı Pənahəlinin təlxəyi idi, tarixən mövcudluğu sübut edilən şəxsiyyətlərdəndir. Lotu Qulu Pənahəli xan tərəfindən insanları, hətta xanın özünü yamsılamaq bacarığına görə bəyənilirdi.[82]

Şamaxı rəqqasəsi. Rəssam Qriqori Qaqarin

Azərbaycanda hökmdar saraylarında rəqqasların yüksək məharəti ilə məşhur olan ansamblar fəaliyyət göstərirdi.[83] "Turacı" rəqsiylə bağlı əfsanəyə görə Qarabağ xanı Nəcəfqulunun rəqqası xanın oğlunun toyunda rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirərkən bu mənzərəyə heyran qalmış xan ucadan demişdir:"Sən lap turac kimi oynayırsan." O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqs "Turacı" adlandırılmışdır.[84][85]

Tarixən Azərbaycan rəqsi iki müstəqil formadan — xalq rəqsindən və saray rəqsindən inkişaf etmişdir.[86] Saray rəqsi həm zəngin, həm də kasıb ailələrin toylarına tez-tez dəvət olunan yarı professional rəqqasların sənətinə təsir göstərmiş, bunun sayəsində bu sənət xalq xoreoqrafiyasına da təsir etmişdir.[86] Rus tədqiqatçısı P. Vostrikov Yelizavetpol quberniyasında Yallı rəqsinin çox məşhur olduğunu bildirmiş, onun adi insanlara xan saraylarından keçdiyini qeyd etmişdir. Sarayda bu rəqs xanı əyləndirmək və saray xadimlərinin çevikliyini artırmaq üçün istifadə edilirdi.[87]

Fransız yazıçısı Aleksandr Dümanın verdiyi məlumata görə, 1858-ci il noyabrın 24-də Şamaxıda Mahmudağanın təşkil etdiyi qəbul vaxtı, tar, kamança, tütək, nağara və dəmir ayaqcıqlar üstündə qoyulan təbildə çalan beş musiqiçi iki rəqqasəni və bir rəqqası müşayiət edirdi. Rəqqas barmaqları arasında mis kastanyet — zil tutmuşdu.[88]

Köhnə mülklər və dəfn yerləri

[redaktə | mənbəni redaktə et]
Şirvan xanı Mustafa xanın anasının türbəsinin giriş qapısı üzərində yerləşən inşaat kitabəsi. Yeddigünbəz türbələr kompleksi

Mədəniyyətdə təsviri

[redaktə | mənbəni redaktə et]
  1. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии.
  2. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982
  3. Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184.
  4. Yuxarıda get: 1 2 G. Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish". Iranica. December 15, 1988. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  5. H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  6. Баку, губернский город Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  7. Encyclopædia Iranica: Iran V. Peoples Of Iran. A General Survey Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine

    The Azeri Turks are Shiʿites and were founders of the Safavid dynasty.

  8. G. Doerfer, "Woher stammte Ibn Muhanna?"
  9. И. П. Петрушевский, "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв", с. 37
  10. Б. Н. Заходер, "Государство Сефевидов"
  11. John R. Perry. "Persian in the Safavid Period: Sketch for an Etat de Lanque", Pembroke Papers 4, p. 272, 279
  12. Б. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев"
  13. Амир Теймури Мортеза Шахриара, ""Джахангуша-и хакан" как источник по истории Ирана и Хорасана первой половины XVI в", с. 91–92
  14. М. С. Иванов, "История Ирана", с. 172
  15. М. С. Иванов, "Очерк истории Ирана", с. 61
  16. David Blow, "Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend", p. 165
  17. И. П. Петрушевский, "Сборник статей по истории Азербайджана", с. 242–243
  18. S. Berengian, "Azeri and Persian literary works in twentieth century Iranian Azerbaijan", p. 20
  19. Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5.
  20. Floor, Javadi, 2013. səh. 4
  21. Floor, Javadi, 2013. səh. 5
  22. Colin Paul Mitchell. "The Sword and the Pen: Diplomacy in Early Safavid Iran, 1501–1555". — С. 178.
  23. Хусейна Ахмади о талышах в переводе Джафарова "Талыши. От эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826–1828", с. 17
  24. Muriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246.
  25. Law, Henry D. G. (1984) "Modern Persian Prose (1920s-1940s)" Ricks, Thomas M. Critical perspectives on modern Persian literature Washington, D. C.: Three Continents Press s. 132 ISBN 0-914478-95-8, 9780914478959 "cited in Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. "Political Organization in Central Asia and Azerbaijan":
  26. Ch. E. Davies, "Qajar rule in Fars prior to 1849" "On the next day it became known at Shiraz that Muhammad Shāh’s army consisted of Āzarbaijanī Turks who did not know Persian and had a European general."
  27. Denis Wright. The English Amongst the Persians: Imperial Lives in Nineteenth-Century Iran
  28. Б. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев"
  29. Ardabil Becomes a Province: Center-Periphery Relations in Iran, H. E. Chehabi, International Journal of Middle East Studies, Vol. 29, No. 2 (May, 1997), 235
  30. Prof. Dr. Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine (тур.) // Amasya Üniversitesi Sosyal Bilimler Dergisi. — 2018. — C. 2. — S. 131–171. — ISSN 2602–2567.
  31. Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27–28
  32. Mostashari, 2006. səh. 13
  33. Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. Qarabağnaməbr. I kit. — Bakı, Yazıçı. 1989, s. 104–148. стр.146
  34. Акты, собранные Кавказской археографической комиссией. Архив Главного управления наместника Кавказскою Издан под редакцией председателя Комиссии А. Д. Берже. Тома I–IX. Тифлис, 1866–1881, т. IХ, док. 213, с. 201
  35. И. П. Перушевский. Джаро-белоканские вольные общества в первой половине XIX века. — Махачкала, 1993. 73–74, 76–77
  36. Раффи. Меликства Хамсы, 1600–1827: материалы для новой армянской истории / Перевод с армянского Л. М. Казаряна, отв. ред. Б. А. Улубабян. — Ер.: Наири, 1991.
  37. Məlikaslanovların soyağacı haqqında, N. A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 25 ISBN 5-86871-204-4
  38. Yuxarıda get: 1 2 3 Tural Abdullazadə. "Rusiyanın Azərbaycanda mövcudluğu. Dvoryane, tovarişi, oliqarxi" (az.). Topçubaşov Mərkəzi. 03-05-2021. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  39. Rice, 2018. səh. 31
  40. Rəhimov, 1962. səh. 6-7
  41. Нагдалиев Ф. Ф. Ханы Нахичеванские в Российской империи. — М.: Новый Аргумент, 2006. — С. 171. — 432 с. — 1000 экз. — ISBN 5-903224-01-6.
  42. Джафарзаде, 1961, с. 44.
  43. Xurşidbanu Natəvan (biblioqrafiya), 2022. səh. 20
  44. Riga, Liliana (2012). The Bolsheviks and the Russian Empire. Cambridge University Press. p. 45. ISBN 978–1107014220.
  45. Kappeler, Andreas (2014). The Russian Empire: A Multi-ethnic History. Routledge. p. 319. ISBN 978–1317568100.
  46. Altay Goyushov. "A Brief Description of Azerbaijani Nationalism from its Inception to Today" (ingilis). Baku Research Institute. 06 September 2021. 21 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mar 2024.
  47. "Birinci vitse-prezident Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimdə iştirak edib" (az.). Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. 30 mart 2018. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  48. "Ulu babasının əmanətini süngüylə, bıçaqla azad edən rəşadətli VƏTƏN OĞLU". 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
  49. Kazımoğlu, Mirmahmud. "Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər Bayrağı elan olunub". Report Information Agency (az.). 10 December 2020. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.
  50. "İrəvan Xan nəslinin varisləri ilə Qərbi Azərbaycana qayıdış müzakirə olundu". İstifadə tarixi: 2024-12-03.
  51. "Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib". 2024-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
  52. Зәринәзадә Һ. Һ. Фарс дилиндә Азәрбајҹан сөзләри / Под ред. А. Азери. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1962. (азерб.)
  53. Marcinkowski, Christoph, 'Persian Historical Writing under the Safavids (1501–1722/36)', in José Rabasa, and others (eds), The Oxford History of Historical Writing: Volume 3: 1400–1800, Oxford History of Historical Writing (Oxford, 2012; online edn, Oxford Academic, 16 Mar. 2015).
  54. Саадиев Ш. М. Категориальная дифференциация азербайджанских антропонимов // Советская тюркология : научно-теоретический журнал. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1989. — Май—июнь (№ 3). — С. 51–60. — ISSN 0131–677X. с. 59.
  55. Бей // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  56. Хармандарян С. В. Ленин и становление Закавказской федерации. 1921–1923. — Ер.: Алашара, 1969. — С. 13.
  57. Бәјзадә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 140.
  58. Под ред. Е. М. Жукова. Малик // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982.: "В некоторых завоеванных монголами странах (13–14вв.) Мелик — владетельный феодал местного происхождения. На территории Армении и Азербайджана при монголах, Сефевидах и в период существования полунезависимых княжеств мелик — владетельный феодал, потомок старинной местной мусульманской и христианской знати."
  59. Yuxarıda get: 1 2 Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949.
  60. Yuxarıda get: 1 2 Tapper, Richard. Frontier nomads of Iran, P. 14–15
  61. Ahmet Caferoğlu. Türk Tarihinde Nöker ve Nöker-zadeler Müessesesi, IV. Türk Tarih Kongresi Ankara 10–14 Kasım 1948, Kongreye Sunulan Tebliğler, TDK Yay., Ankara 1952: 251.
  62. Mustafayev, 2021. səh. 87
  63. Mustafayev, 2021. səh. 89
  64. İlker Evrım Bınbaş. "OḠUZ KHAN NARRATIVES". Encyclopædia Iranica. April 15, 2010. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  65. Daniel T. Potts. Nomadism in Iran: From Antiquity to the Modern Era. 2014. səh. 7. Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
  66. Faruk Sümer (1988–2016). "UZUN HASAN (ö. 882/1478) Akkoyunlu hükümdarı (1452–1478).". TDV Encyclopedia of Islam (44+2 vols.) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies.
  67. H. B. Paksoy (1989). Alpamysh: Central Asian Identity Under Russian Rule. p. 84.
  68. İsmail Aka (2005). Makaleler (in Turkish). Vol. 2. Berikan Kitabevi. p. 291.
  69. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.73.
  70. Munxnaran Bayarlxaqva. "Yaşasın Monqol Böyük İranı – İranzəmin" (az.). Baku Research Institute. 24 November 2023. İstifadə tarixi: 2023-11-23.
  71. Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı — "Sabah" — 2009 Səh. 333. (səhifə 30).
  72. Qarabağnamələr. I kitab., 2006. səh. 179
  73. Qarabağnamələr. I kitab., 2006. səh. 209-210
  74. Qarabağnamələr. I kitab., 2006. səh. 176
  75. Qarabağnamələr. II kitab., 2006. səh. 122
  76. Yuxarıda get: 1 2 Sibgatullina, Kemper, 2018. səh. 92
  77. "XTNS-dəki "Azərbaycan" pavilyonunda azərbaycanlı rəssam Cahid Camalın fərdi sərgisi açılıb VİDEO" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 15.11.2024. İstifadə tarixi: 2024-11-12.
  78. Багирова М, Мамедов Э. Из истории спорта в древнем и средневековом Азербайджане // İRS. — Баку, 2015 № 1 (73). — С. 16−22.
  79. Babayev T. Şuşada idman ənənələri // Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarix Muzeyi. — Бакы: Elm, 2019. — С. 140−149.
  80. Qarayev N. S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2012, 325 s.
  81. Карагичева Л. В. Азербайджанская ССР. — М.: Государственное музыкальное издательство, 1956. — С. 37. — 100 с.
  82. Muxtar Kazımoğlu. Xalq gülüşünün poetikası (monoqrafiya). Bakı: "Elm" nəşriyyatı, 2006. 268 s.
  83. Азербайджанская Советская Социалистическая Республика // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  84. "Национальные танцы на официальном сайте Нахичеванской автономной республики". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  85. Vəliyev A. Naxçıvan tacı (азерб.) // Kaspi. — 2015. — 17 sentyabr. — S. 13.
  86. Yuxarıda get: 1 2 Гасанов К. Н. Азербайджанский народный танец. — М.: Искусство, 1978. səh 6.
  87. Востриков П. Музыка и песня у адербейджанских татар // СМОМПК. — Тф., 1912. — Вып. 42-й. с. 11.
  88. "Azərbaycançılıq və milli dərili musiqi alətləri". www.anl.az. www.anl.az. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2018.
  • Mostashari, Firouzeh, On the religious frontier: Tsarist Russia and Islam in the Caucasus, New York, 2006
  • Tapper R. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press; 1997.
  • Willem Floor, Hasan Javadi. The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013.
  • Rəhimov, Ə.C. 1920-Cİ İLDƏ AZƏRBAYCANDA MÜLKƏDAR TORPAQ SAHİBLİYİNİN LƏĞVİ. Bakı: AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI NƏŞRİYYAT. 1962. səh. 148.
  • Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh.
  • Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.
  • Mustafayev, Shahin. GENEALOGICAL LEGENDS AS A REFLECTION OF THE HISTORICAL MEMORY OF THE ANCIENT OGHUZES. НАРОДЫ И РЕЛИГИИ ЕВРАЗИИ. Том 26, №1. 2021. səh. 82-96. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  • Sibgatullina, G., & Kemper, M. (2018). Between Salafism and Eurasianism: Geidar Dzhemal and the Global Islamic Revolution in Russia. In A. K. Bustanov, & M. Kemper (Eds.), Russia's Islam and Orthodoxy beyond the Institutions: Languages of Conversion, Competition and Convergence (pp. 91–108). Routledge. https://doi.org/10.4324/9781351022422, https://doi.org/10.1080/09596410.2017.1287485
  • Xurşidbanu Natəvan (Xurşidbanu Natəvan Mehdiqulu xan qızı Cavanşir): biblioqrafiya / Tərt. ed. M. Vəliyeva, G. Quliyeva; elmi red. K. Tahirov; ön söz. müəl. P. Əlioğlu; red. X. Abbasova. – Bakı, 2022. – 256 s.
  • Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations.