Keçəltəpə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Arazın sol sahilində yerləşir. Naxçıvan şəhərindən 7 km. qərbdədir. Babək rayonu ərazisində dağ (hünd. 818,9 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün qərbində, Araz su qovşağı su anbarının şimal sahilində, Naxçıvan şəhərindən 7 km qərbdədir. Orta Miosenin Çokrak regiomərtəbəsinə aid Xaçaparaq lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli qalıq günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm yer tutan Duzdağ sinklinalının cənub-şərq qanadının tərkibində iştirak edir.[1]
Keçəltəpə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 818 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |