Gəlinqaya (Şərur)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gəlinqaya
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2769 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

GəlinqayaŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuş kəndindən 3,5 km şimal-şərqdə, Qabaqlıçayın mənbə hissəsində, Salvartı gölünün şərqində dağ (hünd. 2680,0 m). Günvəzvari formadadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen süxurlarından təşkil olunmuş qayalıqdır. Cənub yamacında Üst Tabaşirin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən ikincidərəcəli eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. 

İstinadlar

Ədəbiyyat

  • Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.

Həmçinin bax