Qarovulxana dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1840,8 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan Qabaqtəpə qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Badamlı kəndindən 1,2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, yamacları erozion dərələrlə yarılmış günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının geniş cənub-qərb qanadında yerləşir. Yamacından şimal-şərq və şimal-qərb istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir.[1]
Qarovulxana dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1840,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |