Saraclıdağ — Şərur rayonu ərazisində, "Qurd qapısı" keçidindən 1,2 km cənub-qərbdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin suayırıcında, Dəhnə dağından (1154,2 m) 1,8 km şimal-şərqdə dağ. Hündürlüyü 1045 m-dir. Zirvə hissəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli eyniadlı sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.[1]
Saraclıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1045 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |