Qarayoxuş silsiləsi

Qarayoxuş silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-qərb istiqamətli qoludur. Uzunluğu 6 km, ən yüksək zirvəsinin hündürlüyü 1186,6 m təşkil edir. Üst Oliqosen (Darıdağ lay dəstəsi) və Alt Miosenin (VayxırQızılboğaz lay dəstələri) çökmə və  vulkanogen-çökmə süxurlarından təşkil olunmuş və arid-denudasion proseslərlə intensiv parçalanmışdır.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının ikincidərəcəli Ərəzin sinklinal qırışığı ilə mürəkkəbləşmiş geniş cənub-qərb qanadında yerləşir.[1]

Qarayoxuş silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1186,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.