Əcnəvir dağı - Ordubad rayonu ərazisində dağ (hünd.2878,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan Kotam qolunun suayırıcısında zirvə. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid hibridləşmiş qranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadına aiddir.[1]
Əcnəvir dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2878,1 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |