Pombulos dağı

Pombulos dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 883,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Gilançayın sol sahilində, Aza kəndindən 400 m cənub-şərqdədir.  Üst  Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının şimal-şərq qurtaracağında, onun strukturunda iştirak edən ikincidərəcəli Dikdaş-Dəstə antiklinalının tağ hissəsində yerləşir. [1] 

Pombulos dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 883,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.