Novuşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1600 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb yamacında zirvə. Parağa kəndindən 3,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vəndam sinklinalının geniş şimal-şərq qanadında yerləşir.[1]
Novuşbaşı dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1600 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |