Sərkidağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2697,2 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan eyniadlı qolunda Əylisçayla Ordubadçayın suayırıcısında zirvə. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.[1]
Sərkidağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2697,2 m |
Yerləşməsi | |
38°59′57″ şm. e. 46°02′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|