Novdərə dağı

Novdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1092,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunun şimal-qərb yamacında zirvə. Gilançayın sol sahilində, Gilançay kəndindən 1 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin aşağı hissəsinə aid Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir. [1]

Novdərə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1092,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.