Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.[1]
Diridağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2528,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |