Qarovulxana dağı (Ordubad)

Qarovulxana dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1442,7 m).  Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsinin suayırıcısında zirvə. Biləv kəndindən 4,5 km-dək qərb-cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin  vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerfləşir.[1]

Qarovulxana dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1442,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.