Tülkütəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 976,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Qahab kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş alçaq və yastı təpədir. Cənub-şərq yamaclarında Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının geniş cənub-qərb qanadında yerləşir. [1]
Tülkütəpə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 976,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |