Nəbiyurd

Nəbiyurd dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2725,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli eyniadlı ayrılmasında zirvə. Nəsirvaz kəndindən 2,5 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq cinahında müşahidə edilən Çaxmaqlıdağ sinklinal qırışığının sentriklinal hissəsində yerləşir.  [1]

Nəbiyurd dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2725,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.