Şahbuztəpə dağı

Şahbuztəpə dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ (hünd. 1621,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Şahbuzçayın sol sahilində, Şahbuzkənddən 1,5 km-dək cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəszinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.[1]

Şahbuztəpə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1621,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.