Susuzdağ — Babək rayonu ərazisində dağ (hünd. 2672,7 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Yuxarı Buzqov kəndindən 3,8 km şimal-qərbdə, Lizbitçayın mənbə hissəsindədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin dolomitlərindən təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Buzqov sinklinalının nüvə hissəsində yerləşir.[1]
Susuzdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2672,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |