Hinədəli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilədən qərbə ayrılan Rəmlər qolunun suayrıcında, Tənənəm kəndindən 3,5 km şimal-şərqdə yerləşən dağ (hünd. 2101,3 m). Üst Triasa aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının cənub-şərq batım hissəsində müşahidə edilən Bəzəkli qılıcvari antiklinalının şərq qanadında yerləşir.[1]
Hinədəli | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2101 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |