Qurdtəpəsi

Qurdtəpəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 1438,8 m). Vənəndçayın sağ sahilində yerləşir. Günbəzvari formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadını mürəkkəbləşdirən Qoruqlar antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.[1]

Qurdtəpəsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1438 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.