Qızıldağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m). Naxçıvançayla Cəhriçayın suayırıcısında, Cəhri kəndindən 2,5 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı ikinci dərəcəli maili sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş fay, cənub-qərb yamacından isə Naxçıvan dərinlik qırılması keçir.[1]
Qızıldağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1319,1 m |
Yerləşməsi | |
39°22′27″ şm. e. 45°26′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|