Soltanbud dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 2287,0 m). Zəngəzur silsiləsinin Kolanısu qolunun suayırıcısında zirvə. Əlincəçayın sağ qolları Gədikçay və Kolanısuçay çayları arasında, Ləkətağ kəndindən 3 km-dək şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Kolanısu antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir. Zirvə hissəsində Orta Eosen yaşlı dioritli porfirit daykası açılır.[1]
Soltanbud dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2287,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |