Qamırqala dağı

Qamırqala dağıOrdubad rayonu ərazisində dağ (hünd.1479,2 m).  Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Çənnəb kəndindən 2 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari, qərbcənub-qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb  qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli fay qırılması keçir.[1]

'Qamırqala dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1479,2 m
Yerləşməsi
39°00′33″ şm. e. 45°53′03″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
'Qamırqala dağı xəritədə
'Qamırqala dağı
'Qamırqala dağı

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.